İTV-dən DÇ-nin yayımı ilə bağlı açıqlama

0

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Avropa Yayım Birliyi (EBU) ilə imzaladığı müqaviləyə görə, bu il 20 noyabr tarixindən Qətərdə başlayan futbol üzrə Dünya Çempionatının bütün oyunlarının Azərbaycan ərazisində müstəsna yayım hüququ yalnız İctimai TV və radiosuna məxsusdur.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq İTV-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, artıq bununla əlaqədar Azərbaycan Respublikasının Audiovizual Şurası, bütün yerli telekanallar, kabel televiziyaları və İPTV-lər rəsmən məlumatlandırılıb:

“Futbol üzrə Dünya Çempionatının oyunları keçirilən zaman TRT və Matç TV-nin Azərbaycanda yayımının dayandırılması çox güman ki, həmin telekanalların bu oyunları ölkəmizdə yayım hüququnun olmaması ilə bağlıdır”.

Qeyd edək ki, Azərbaycanın kabel televiziyalarında TRT və Matç TV kimi kanalların yayımının dayandırılması istifadəçilər tərəfindən etirazlara səbəb olub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »