Numan Qurtulmuş Bakıya gəldi

0

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Qurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Səfərdə məqsəd Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunan tədbirlərdə iştirak etməkdir.

Nümayəndə heyətinin tərkibində, həmçinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Orxan Ərdəm, AK Partinin xarici əlaqələr üzrə sədr müavinləri Mehmed Ceylan, Afif Dəmirkıran və digər rəsmi şəxslər təmsil olunurlar.

Nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını, Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət edəcək, Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək.

 58 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »