Zahidanda “Xameneiyə ölüm” şüarları səsləndirilib

0

İranın Zahidan şəhərində cümə namazından sonra dini lider Seyid Əli Xameneiyə qarşı çıxışlar baş verib.

Axar.az xəbər verir ki, Zahidan şəhərinin sünni imam cüməsi Mövləvi Əbdül Həmid cümə xütbəsi zamanı 2018-ci ilin noyabrında baş verən etirazları xatırladıb:

“2018-ci ilin noyabrında ölkədə davam edən etirazların əsas səbəbi insanların narazılığı, cəmiyyətdə azadlığın və ədalətin olmamasıdır”.

Namazdan sonra insanlar “Xameneiyə ölüm” şüarları səsləndiriblər.

Qeyd edək ki, Mövləvi Əbdül Həmid son bir neçə həftədə Zahidan əhalisinin polis tərəfindən güllələnməsindən sonra İranın siyasətini açıq şəkildə tənqid edir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »