Bu gün səhər saatlarında Təbrizin “Vadi rəhmət” qəbiristanlığında etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən öldürülən fəal Aylar Həqqinin dəfn mərasimində gərginlik yaşanıb.
Axar.az xəbər verir ki, polis və mülki geyimli təhlükəsizlik qüvvələri mərasim iştirakçılarının sayının artmasının qarşısını almaq üçün məhdudiyyətlər tətbiq etməyə çalışıb.
Bundan narazı qalan vətəndaşlar hökumət əleyhinə şüarlar səsləndiriblər. Nəticədə polis etirazçılara hücum edib. Bir neçə nəfərin saxlanıldığı və yaralandığı bildirilir. Hələlik həbs edilənlərin kimliyinin dəqiqləşdirilməsi mümkün olmayıb.
Qeyd edək ki, noyabrın 16-sı axşam saatlarında Təbrizdə baş tutan etiraz aksiyası zamanı Tibb Universitetinin tələbəsi, fəal Aylar Həqqi öldürülüb.