“İsrail hər zaman Azərbaycanın haqq işinə dəstək verib”

0

Ölkəmizin dost və müttəfiq İsraildə səfirlik açmaq təşəbbüsü doğrudan da tarixi hadisədir. Biz Milli Həmrəylik Partiyası olaraq Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsinin qəbul olunmasını dəstəkləyir və alqışlayırıq.

Heç kimə sirr deyil ki, İsrail Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. Qonşumuz və dindaşımız İrandan fərqli olaraq bu ölkə hər zaman Azərbaycanın haqq işinə dəstək verib, ərazi bütövlüyümüzü dəstəkləyib, 44 günlük müharibə zamanı öz siyasi dəstəyini bizdən əsirgəməyib.

Səfirlik açmaq qərarı sıradan bir hadisə deyil. Hesab edirik ki, bu addım ölkələrimizi daha da yaxınlaşdıracaq. İki ölkə arasında münasibətlər daha da dərinləşəcək, eyni zamanda xalqlarımız, insanlarımız arasında da əlaqələr genişlənəcək. Ölkəmizin beynəlxalq nüfuzu və siyasi çəkisi daha da artacaq. Azərbaycan İsrail ilə müsəlman ölkələri arasında siyasi-diplomatik körpülərin qurulmasında açar ölkə rolunu oynayacaq.

İsraildə açılacaq Azərbaycan səfirliyinin fəaliyyəti xalqlarımız üçün xeyirli-uğurlu olsun!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

 84 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »