Cəlilabadda 44 yaşlı qadın itkin düşüb

0

Cəlilabad rayonunda 46 yaşlı qadın itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev deyib.

Bildiirlib ki, rayonun Sabirabad kənd sakini, 1976-cı il təvəllüdlü Xalidə Xeyrulla qızı Əliyeva noyabrın 15-i saat 11:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

“Xalidə Əliyevanın əlamətləri bunlardır: Boyu 155 sm, gözləri qonur rəngdədir, orta bədən quruluşludur. Evdən çıxarkən əynində boz rəngli köynək və qara rəngli şalvar olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, – DİN rəsmisi bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »