İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni hesab edir ki, məhz o köhnə dostu Vladimir Putini danışıqlar masası arxasına əyləşməyə və Ukraynada müharibəni sonlandırmağa razı sala bilər.
Bu barədə “Spektator” məlumat yayıb.
Bildirilib ki, 86 yaşlı media maqnatı öz vasitəçiliyi ilə sülh razılaşması əldə etməyə çalışır və onun şəxsi təyyarəsi artıq gözləmə rejimindədir.
Berluskoninin yaxın adamlarından sayılan Vittorio Sqarbi deyib ki, Berluskoni özünü yeganə mümkün vasitəçi kimi görür.
“Berluskoni gözəl jestləri sevir. Və bu, onun nəzərdə tutduğu jestdir. O, bunu həyata keçirə biləcəyinə inanır və bunu NATO-nun mövqeyinə xələl gətirmədən etsə, tarix kitablarına dünya qəhrəmanı kimi düşəcək”, – Sqarbi bildirib.