Anar Əsədlinin ölkədən çıxışı məhdudlaşdırılıb

0

Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədlinin ölkədən çıxışı məhdudlaşdırılıb.

Qaynarinfo.azxəbər verir ki, Anar Əsədli bu gün Türkiyəyə səfərə gedərkən məlum olub ki, ölkədən çıxışına qadağa qoyulub.

Partiya başqanı məlumatı təsdiqləyib.

“Bu gün Ankaraya səfərim var idi və məlum oldu ki, ölkədən çıxışıma Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulub. Hazırda Heydər Əliyev hava limanındayam. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb”, – deyə Anar Əsədli bildirib.

Qeyd edək ki, Anar Əsədlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən külli miqdarda dələduzluğa görə saxlanılması ilə bağlı məlumatlar yayılmışdı.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »