ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukrayna hakimiyyətinə Polşadakı raket insidenti ilə bağlı açıqlamalarında ehtiyatlı olmağı tövsiyə edib.
Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, hadisədən təxminən 1 saat sonra Ukrayna Prezidenti Vladimir Zelenski raketin Rusiya tərəfindən atıldığını təsdiqləyən bəyanatla çıxış edib. Bundan dərhal sonra Sallivan Zelenskinin ofisinə zəng edib və bu insidenti şərh edərkən ehtiyatlı olmaq barədə xəbərdarlıq edib.
Həmçinin Zelenskinin çərşənbə axşamı Baydenlə telefon əlaqəsi yaratmaq istəməsi bildirilsə də, danışıq baş tutmayıb.
Qeyd edək ki, Qərb ittifaqı 15 noyabrda Polşaya düşən və iki nəfərin həyatına son qoyan raketin Rusiya deyil, Ukrayna HHM sistemləri tərəfindən atıldığını bildirir.