Aİ-nin sərhəddəki missiyasından xəbər var

0

Avropa İttifaqının (Aİ) monitorinq missiyası Ermənistan-Azərbaycan sərhədində kifayət qədər səmərəli işləyir.

Modern.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan jurnalistlərə bildirib.

“Missiya fəaliyyətini davam etdirir, nümayəndələr vaxtaşırı olaraq Avropa İttifaqı üçün öz hesabatlarını hazırlayırlar”, – o, hökumətin iclasından sonra deyib.

Paruyr Hovhannisyan Ermənistan XİN-də müşahidəçilərin hər hansı pozuntu qeydə alıb-almaması barədə məlumat olmadığını sözlərinə əlavə edib.

Xatırladaq ki, oktyabrın 17-də Aİ xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə Ermənistana 40 müşahidəçinin göndərilməsini rəsmən təsdiqləyiblər.

Müşahidəçilər Azərbaycanla sərhədə gələrək oktyabrın 20-də fəaliyyətə başlayıblar. Missiya iki ay üçün nəzərdə tutulub.

 64 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »