Rusiyalı deputatlara viza verilmədi

0

Rusiyalı deputatlara Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) payız sessiyasına getmək üçün viza verilməyib.

Bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini, ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Vladimir Cabarov məlumat verib.

“ATƏT PA-da Polşa nümayəndə heyətinin rəhbəri xanım Bartoşdan Rusiya və Belarus nümayəndələrinin payız görüşündə iştirakına imkan görmədiyini bildirən qəzəbli cavab aldıq”, – Cabarov qeyd edib.

Xatırladaq ki, ATƏT PA-nın 20-ci payız sessiyası noyabrın 24-dən 26-dək Polşa parlamentinin binasında keçiriləcək. İclasda Ukraynadakı müharibə, silahlı münaqişə, humanitar böhran şəraitində fundamental hüquq və azadlıqların qorunması, həmçinin iqtisadi, ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »