Daha böyük və dəhşətli müharibə başlaya bilər – Professor

0

Rusiya tərəfindən atıldığı deyilən raketlərin Polşaya düşməsi səbəbi nə olursa-olsun, çox təhlükəli hadisədir. Hər şeydən əvvəl hadisənin bütün təfərrüatı ilə araşdırılması lazımdır.

Bu sözləri Axar.az-a Polşanın ərazisinə raketlər düşməsi və iki nəfərin həlak olmasını şərh edən Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.

Professor sülhün əldə olunmayacağı təqdirdə bəşəriyyətin fəlakətə sürüklənə biləcəyini vurğulayıb:

“Çünki Polşa həm AB-nin, həm də NATO-nun üzvüdür. Polşa da raketlərin düşməsini və vətəndaşlarının ölməsini müharibə səbəbi kimi göstərərək kollektiv müdafiə üçün NATO-ya müraciət edə bilər. Əlbəttə ki, baş verən hadisə digər müttəfiq ölkələri, xüsusilə Baltikyanı ölkələri narahat edir. Belə həmlələr və ya hadisələr nəticəsində Ukrayna müharibəsi hazırki sərhədlərindən çıxa və NATO-nun, yaxud dünyanın digər bütün ölkələrinin Rusiya ilə müharibəsinə gətirib çıxara bilər. Ona görə Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik, eyni zamanda sülhün əldə olunması üçün tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması təklifi olduqca vacibdir. Dünya Zaporojye AES ətrafında baş verən hadisələr zamanı ciddi təhlükə ilə üzləşdi, indi isə daha böyük təhlükə ilə qarşı-qarşıya ola bilərik. Sülh üçün danışıqlar dərhal başlamalıdır. Çünki daha böyük və qlobal faciəyə səbəb olacaq müharibənin addım səsləri artıq daha yaxından eşidilməyə başlayıb”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »