ABŞ generalı İrəvana gəldi

0

ABŞ-ın Avropa Komandanlığının Strategiya, Planlaşdırma və Siyasət üzrə direktoru general-mayor Daniel Lasiki İrəvana gəlib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Noyabrın 16-17-də səfər çərçivəsində general-mayor Ermənistanın müdafiə naziri Suren Papikyan, Baş Qərargah rəisi Edvard Asryan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək. ABŞ-Ermənistan təhlükəsizlik münasibətləri və regional təhlükəsizlik məsələlərini müzakirə ediləcək. O, həmçinin Ermənistanın sülhməramlı qüvvələrinin “Zar” təlim mərkəzinin yeni kazarma, yeməkxana və konfrans zalının açılış mərasimində iştirak edəcək”, – məlumatda deyilir.

 55 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »