Müsavat icazəsiz aksiya keçirdi

0

Müsavat Partiyası bu gün İranın Bakıdakı səfirliyinin qarşısında icazəsiz aksiya keçirməyə cəhd edib.

İctimairey.az xəbər verir ki, müsavatçılar İranın anti-Azərbaycan siyasətinə və qonşu ölkədə dinc aksiyaçılara qarşı amansız davranışlara etiraz ediblər.

Bakı Şəhər İcra Hakimiyyətinin icazə vermədiyi aksiya polisin müdaxiləsilə dağıdılıb.

Aksiya zamanı Müsavat başqanı Arif Hacılı saxlanılıb. Bundan başqa, Divan üzvü Razim Əmiraslanlı, Məclis üzvləri Niyaz Nəsir, Arzulla Bulud və Mustafa Hacıbəyli də daxil olmaqla bir çox müsavatçının saxlanıldığı bildirilir.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »