Cəlilabad rayonunda 21 yaşlı qadın baltalanıb.
Axar.az xəbər verir ki, rayonun Yusublu kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olduğu arvadı Səbinə Abbasovaya şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı balta ilə ağır xəsarətlər yetirib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
***
Cəlilabadda 21 yaşlı arvadını baltalayan Şəhriyar Bayramov tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev deyib.
O bildirib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanılıb.
Ş.Bayramov şübhəli şəxs qismində saxlanılıb və hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.