MHP sədri türk xalqına başsağlığı verib

0

Qardaş Türkiyənin tarixi paytaxtı və ən böyük meqapolisi sayılan İstanbul şəhərində baş vermiş partlayış və ya terror aktı nəticəsində bir çox insanların həlak olması və xəsarət alması xəbəri biz azərbaycanlıları da olduqca kədərləndirdi. Qan tökülməsinə bais olanlar lənətə layiqdir!

Biz Milli Həmrəylik Partiyası (MHP) olaraq bu ağır faciə ilə əlaqədar qardaş ölkənin acısına şərik olur, həlak olanların ailələrinə və yaxınlarına, bütün türk xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik.

Acın acımızdır. Yanındayıq, Türkiyə!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »