Bakıya 220 min miqrant gəldi: evlər bahalaşır

0

Rəsmi statistikaya əsasən, son 9 ay ərzində Azərbaycana gələn miqrantların sayı 220 084 nəfərdir. Onların əksəriyyəti bir vaxtlar qazanc dalınca getmiş həmvətənlilərimiz, müharibə və sanksiyalardan sarsılmış Rusiya və Ukrayna vətəndaşlarıdır.

İctimairey.az xəbər verir ki, bu barədə rəsmi açıqlamada bildirilib.

Miqrasiya üzrə ekspert Azər Allahverənov İTV-yə deyib ki, 220 min miqrantın 116 mini Rusiyanın payına düşür:

“Yəni həmin vəziyyət Rusiya vətəndaşlarının Azərbaycana gəlməsi və qeydiyyata alınması kimi xarakterizə edilə bilər. Son 2 ay ərzində İrandan Azərbaycana gələn çoxsaylı şəxslərin olduğu da bildirilir”.

Qeyd olunub ki, miqrantların paytaxt Bakını seçməsi yollardakı tıxacların artmasının səbəblərindən biri hesab edilir. Hətta yollarda xarici sürücülük vəsiqəsi ilə avtomobil idarə edənlərin də sayı artıb.

Miqrantların artması Bakıda mənzillərin qiymətinin 10 faiz artmasına səbəb olub.

Təhlilçilərə görə, əgər miqrantlar bir neçə ay əvvələ qədər kirayə mənzillərə maraq göstərirdilərsə, indi mənzil almaq niyyətinədirlər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »