“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə çıxarılıb.
Qanun layihəsi Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında müzakirə olunur.
İclasda maliyyə naziri Samir Şərifov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Hesablama Palatasının sədr müavini, digər qurumların üzvləri və deputatlar iştirak edirlər.