Finlandiyadan nüvə açıqlaması: NATO-ya daxil olsaq…
Finlandiya NATO-ya daxil olduqdan sonra ölkə ərazisində nüvə silahı yerləşdirmək niyyətində deyil.
Axar.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinistö deyib.
Prezident qeyd edib ki, finlərə bununla bağlı təkliflər də edilməyib:
“Nüvə silahı NATO-nun çəkindirici qüvvələrinin tərkib hissəsi olsa da, bu, özlüyündə məqsəd deyil, profilaktika vasitəsidir”.