Avropa Birliyinin Rusiya neftinin dəniz yolu ilə ixracına tətbiq etdiyi sanksiyadan sonra Rusiyadan tədarük itkiləri sutkada 3 milyon barrelə yaxın olarsa, “Brent” markalı neftin qiyməti asanlıqla yenidən 100 dolları ötəcək.
Bu barədə Beynəlxalq Enerji Forumunun (İEF) Baş katibi Cozef Makmoniq bildirib.
“Embarqo qüvvəyə mindikdən sonra çox dəyişiklik olacaq, çünki bazardan çıxan rus neftinin faktiki həcmi ilə bağlı tam şəffaflıq olmayacaq”, – Makmoniq vurğulayıb.
Qeyd olunub ki, neftin qiymətinin 100 dollardan yuxarı olması bazar üçün yaxşı hal olmayacaq.