Ukrayna ordusunun oktyabrın 24-də Xerson vilayətinin Kairı kəndinə endirdiyi zərbənin nəticələri ilə bağlı təfərrüat üzə çıxıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti və bloger Anatoli Ştefan məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna ordusunun raket artilleriyası kadırovçuların bazasına zərbələr endirib. Binanın dağıntıları altından 62 hərbçinin cəsədi çıxarlıb ki, bunlardan 53-ü çeçenlərə məxsus olub. Digərlərinin isə şəxsiyyəti açıqlanmayıb.