“Elə insanlar var ki, 300 manatla dolanır” – Vahid Əhmədov

0
“Azərbaycanda kifayət qədər süni qiymət artımı var”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov bildirib.

“Biz nə qədər maaşları, pensiyaları artırsaq da, inflyasiyanın qarşısını ala bilməyəcəyik. Deyirik ki, orta əmək haqqı artırılacaq. Hamı bu məvacibi ala bilmir. İnsanlar var ki, 300-400 manat ilə dolanır. Ona görə də belə insanları nəzərə almaq lazımdır. Eyni zamanda, dərman qiymətlərinə də nəzər yetirmək lazımdır. Digər ölkələrlə müqayisədə dərman qiymətləri çox yüksəkdir, bu, süni qiymət artımının qarşısını almaq lazımdır”, – deyə deputat qeyd edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »