Rusiya xüsusi xidmət orqanları ölkə daxilində vəziyyəti pozmağa cəhd edirlər. Bunun üçün Moldovadakı rusiyayönlü partiyalarından istifadə olunur.
Bu barədə Moldova Prezidenti Maya Sandu danışıb.
“Moldovada külli miqdarda pul oğurlayan korrupsioner qrupların, Rusiya xüsusi xidmət orqanlarının və rusiyayönlü partiyaların ümumi məqsədinin ölkədə sabitliyi pozmaq olduğuna dair əlimizdə sübutlar var. Onlar vətəndaşların üzləşdiyi çətinliklərdən öz xeyirlərinə istifadə edirlər. Biz demokratiyanı müdafiə etməkdə qərarlıyıq”, – Sandu qeyd edib.