DTX əməliyyatı: İranın Bakı səfirliyi casus yuvasıdır

0

İranın Azərbaycanda casus şəbəkəsinə bu ölkənin səfirliyi tərəfindən dəstək verildiyi fikri həmişə olub. DTX-nın əməliyyatı zamanı ortaya çıxan fakt isə bunu təsdiqlədi:

– İran kəşfiyyatının azərbaycanlılardan ibarət yaratdığı silahlı qruplaşmanın üzvləri Azərbaycana lazım olan təbliğat vasitələrini çatdırmaq üçün İran səfirliyinin avtomobilindən istifadə ediblər. Çünki diplomatik toxunulmazlığı olduğu üçün səfirliyin avtomobilində yoxlama aparılmır və bu, onlara ölkəyə rahat gəlib-getmək, eləcə də istədiklərini daşımaq imkanı yaradır.

Söhbət “Kərimə dövləti”ni elan edən “Huseyniyyun” qruplaşmasından gedir. İran kəşfiyyatının yaratdığı qruplaşmanın “fikir ataları”ndan biri də Qasım Süleymani idi. Qruplaşmanın üzvləri Azərbaycanda konstitusiya quruluşunu devirmək üçün “silahlı müqavimət” hazırladıqlarını gizlətmirlər.

Bu planın İran tərəfindən dəstəkləndiyi bəllidir. İranın Azərbaycandakı səfirliyin də planın içində olması artıq həm də təhlükənin miqyasından xəbər verir. Heç kim zəmanət verə bilməz ki, səfirliyin yoxlanılmayan avtomobillərində təkcə təbliğat materialları yox, başqa şeylər də daşına bilər: planlaşdırdıqları “müqavimət” üçün silah-sursat, axtarışda olan şəxslər və s.

Asif Nərimanlı

Leave A Reply

Your email address will not be published.

Tərcümə »