Rusiyalı milyarderlərin ümumi sərvəti bu ilin əvvəlindən 83,4 milyard dollar azalıb.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Rusiyanın ən varlı adamı sayılan “Nornikel”in sahibi Vladimir Potanın ilin əvvəlindən bəri 1.08 milyard dollar itirib. Onun sərvəti hazırda 29.8 milyard dollar təşkil edir.
“Novatek”in rəhbəri Leonid Mixelsonun isə sərvəti 8 milyard dollar azalaraq 27.4 milyard dollara düşüb. Üçüncü yerdə isə Aleksey Mordaşov qərarlaşıb. İlin əvvəlindən bəri 7.78 milyard dollar itirən Mordaşovun sərvəti hazırda 21.1 milyard dollar təşkil edir.
Milyarder Vladimir Lısin 7.8 milyard dollar itirərək, 20.2 milyard dollar sərvətlə 4-cü yerdə qərarlaşıb.
Azərbaycanlı milyarder, “Lukoyl”un eks-prezidenti Vahid Ələkbərovun sərvəti ilin əvvəlindən bəri 1.86 milyard dollar azalıb. Hazırda Ələkbərov 19.9 milyard dollarlıq sərvətlə Rusiyanın 5-ci ən varlı şəxsidir.