Gömrük ödənişlərindən yayınmanın qarşısı alındı

0

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda gömrük ödənişlərindən yayınma məqsədilə malları düzgün bəyan etməmə faktı aşkarlanıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Belə ki, ölkə ərazisinə gətirilən və Azərbaycan vətəndaşı Ağamalıyev Vahid Rəşid oğlu tərəfindən bəyan edilən mallara Bakı Baş Gömrük İdarəsində gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı malların bir qisminin sayının bəyannamədə göstəriləndən dəfələrlə çox olduğu müəyyən edilib.

Bəyan edilən mallar arasında “qəlyan üçün ağızlıqlar” 116 000 ədəd göstərilsədə, faktiki olaraq 1 160 000 ədəd, “elektron siqaretlər” 1 720 ədəd göstərilsədə, faktiki olaraq 7884 ədəd, “ülgüclər” 1104 ədəd göstərilsədə, faktiki olaraq 5152 ədəd, həmçinin digər malların olduğu aşkar edilib.

Bundan əlavə, 5190 ədəd qəlyan tütünü, 500 qutu stomatoloji (sinir iynəsi) ləvazimatlar, 1 ədəd “Akvafor” markalı su filtri, 1 ədəd “Sintering Furnance” markalı stomatoloji selizator aparatının, ümumiyyətlə gömrük orqanına bəyan olunmadığı müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »