12-14 sentyabrda Ermənistanın təxribatı nəticəsində sərhəddə baş verən toqquşmalarda ölən erməni əsgərlərinin sayı bir daha yenilənib.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib.
O bildirib ki, toqquşmalarda ölən erməni əsgərlərinin sayı 240-a çatıb.
Qeyd edək ki, bundan öncə Ermənistan baş naziri Nikol Paşinyan 210 əsgərin öldürüyünü bildirmişdi.