Məhkəmə hakimi vəfat etdi

0

Şirvan Şəhər Məhkəməsinin hakimi Ziya Əliyev vəfat edib.

“Qafqazinfo” məlumat verir ki, 64 yaşlı hakim ötən gün dünyasını dəyişib. Onun onkoloji xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, Z.Əliyev 35 il məhkəmə hakimi kimi çalışıb. O, 1987-2000-ci illərdə Səbail Rayon Məhkəməsinin, 2000-2007-ci illərdə Xəzər Rayon Məhkəməsinin, 2007-2013-ci illərdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb. 2013-cü ildən isə Şirvan şəhərində hakim kimi fəaliyyət göstərib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »