İranın Ermənistanda konsulluq açması erməni siyasi dairələrində ciddi fikir ayrılığı yaradıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
“Açılış mərasimində Mirzoyan üzündə bədbəxt və narazı ifadə ilə İran səfirinin yanında dayanmışdı. Çavuşoğlu ilə görüşdə isə onun üzündə böyük təbəssüm vardı. Açılış zamanı İran tərəfi vurğulayır ki, Ermənistan sərhədlərin dəyişdirilməsinə, dəhliz verilməsinə və s. imkan verilməməlidir. Bəs, Ermənistan XİN rəhbəri bütün bunlara nə deyir? Heç nə. O, sadəcə olaraq İran hakimiyyətinə konsulluq açmaq qərarına görə minnətdarlığını bildirir. Və konsulluğun açılmasının İranın qərarı və istəyi ilə olduğunu açıq şəkildə ifadə edir. Yəni İran istəməsəydi, Ermənistan bu məsələdə heç bir xüsusi səy göstərməzdi”, – məlumatda deyilir.