Rusiya 1700 “Şahid” sifariş edib – Budanov

0

Ruslar tərəfindən buraxılan İranın “Şahid-136” kamikadze dronlarının təxminən 30%-i Ukraynadakı hədəflərə çatır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

“Rusiya bu dronları daim sifariş edir. İndi işğalçılar 1700-ə yaxın dron sifariş ediblər. Birinci partiyada təxminən 300 ədəd dron çatdırılıb. İndi Rusiya ikinci partiyadan istifadə edir. Oktyabrın 22-də ruslar 330-a yaxın “Şahid”dən istifadə ediblər ki, onlardan 222-si vurulub, digərləri bu və ya digər dərəcədə öz məqsədlərinə çatıb. Atılan dronlardan yalnız 30%-i hədəfə çatıb. Ukrayna bu dronların 70%-ni vurub”, – o bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »