Əliyev, Putin və Paşinyan yenə görüşəcək

0

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyada Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar apara bilər.

Bununla bağlı “Vedomosti” diplomatik mənbələrə istinadla məlumat yayıb.

Mənbənin məlumatına görə, görüşlə bağlı işlər Putinin oktyabrın 14-də Astanada MDB sammitində Ermənistanla Azərbaycan arasında ərazi mübahisələrinin müzakirə olunduğu barışdırıcı çıxışından sonra başlayıb.

“Vedomosti”nin digər mənbəsinin məlumatına görə isə görüş oktyabrın sonuncu günündə keçiriləcək və görüş üçün əsas yerlər Moskva və ya Soçi hesab olunur.

“Çox güman ki, Soçinin üzərində dayanılacaq”, – məlumatda qeyd olunub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »