Rusiya ordusu böyük silah çatışmazlığı ilə üzləşib.
Bu açıqlama ilə Rusiya Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov çıxış edib.
“Düşünürəm ki, silah potensialı tükənib. Rusiya dünyanın dörd bir yanından bəzi silahların qalıqlarını toplayır. Eşitdim ki, Afrikaya çatıblar və Sovet İttifaqı dövründən qalma qədim texnika alırlar. Bu texnikanı götürüb zavodlarda təmir edib döyüşə atırlar. Elə silahlar var ki, onları hələ 1979-cu ildə, hərbi xidmətdə olarkən görmüşəm”, – eks-deputat bildirib.