İndoneziya Putindən imtina etməyəcəyini açıqladı

İndoneziya bəzi dövlətlərin təyziqinə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putinin noyabrda Bali adasında keçiriləcək G20 sammitinə dəvətindən imtina etməyəcək.

Bunu İndoneziyanın Rusiyadakı səfiri Xose Antonio Morato Tavares deyib .

“Başqa ölkələr təzyiq göstərməyə başlasa belə, bizim öz mövqeyimiz var. Biz artıq dəvət göndərməklə hər şeyi izah etmişik”, – səfir bildirib.

Comments are closed.

Tərcümə »