Əməkdar artist Süleyman Abdullayev (Dədə Süleyman) xəstəxanaya yerləşdirilib.
Kult.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov İnstaqramda məlumat verib.
O bildirib ki, xalq artisti Ağadadaş Ağayevlə birlikdə xanəndənin xəstəxanaya yerləşdirilməsinə yardım ediblər:
“Hazırda xanəndə həyatla mücadilə aparır, ayağı qanqrena olub. Vəziyyəti kritikdir. Allahdan ümid heç vaxt üzülməz”.