Astara şəhərində 2016-cı ildən başlanan su və kanalizasiya sisteminin çəkilməsi hələ də başa çatmayıb.
Axar.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Rəşad Mahmudov deyib.
“Astaranın dəniz kənarında yerləşməsi, habelə dəniz səviyyəsindən aşağıda qərarlaşması qurunt sularının üzə çıxması və epidemoloji vəziyyətin bərbad duruma düşməsinə səbəb olur. Aydındır ki, dəniz sahilində olan bölgələrdə suyun çirklənməsi ehtimalı var və bunun gələcəkdə regionun inkişafına, eləcə də insan sağlamlığa mənfi təsirləri olacaq”, – o bildirib.
Deputat qeyd edib ki, bu məsələni parlamentdə qaldırmaqla aidiyyəti qurumların diqqətini problemə çəkmək istəyir.