QHT Saatlıda məişət zorakılığı mövzusunda tədbir keçirib

0
Oktyabrın 19-da Saatlı İcra Hakimiyyətinin, təhsil, səhiyyə, mədəniyyət, polis, bələdiyyə və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə Saatlı rayonunda dəyirmi masa keçirilib.

Dəyirmi masa Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən icra olunan “Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq!” adlı layihə çərçivəsində təşkil olunub.

Bu barədə təşkilatın sədri Nailə İsmayılova məlumat verərək bildirib ki, dəyirmi masa ətrafında məişət zorakılığının baş vermə səbəbləri, növləri, müdafiə və mübarizə üsulları müzakirə olunub.
QHT Saatlıda məişət zorakılığı mövzusunda tədbir keçirib
Müzakirələrdə Saatlı RİH yanında Yetkin Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyasının məsul katibi Mehriban Ağayeva, Saatlı Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Catmayanların Proflaktik İşinin Təşkili Qrupunun inspektoru İbrəhim Behbudzadə, Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı Təhsil sektorunun metodisti, gender zorakılığının monitorinq qrupunun üzvü Ülkər İslamova, Saatlı RMX-nın RHŞ-nin ASM şöbəsinin mama-ginekoloqu, şöbə müdiri Arzu Əsədova, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzin direktoru, gender zorakılığının monitorinq qrupunun üzvü Aidə İbrahimova, mərkəzin könüllüsü Türkan Həsənova, layihə icraçıları – layihə rəhbəri Nailə İsmayılova, layihə üzrə ekspert Samirə Mustafayeva və hüquqşünas Fariz Əkbərov dəyərli fikirləri və mövzu ətrafındakı mülahizələri ilə iştirakçılara maarifləndirici məlumatlar veriblər. Mövzunun izahını əks etdirən video material nümayiş etdirildi.

İştirakçılara layihə çərçivəsində çap materialları – kitabçalar və bukletlər paylanılıb.
QHT Saatlıda məişət zorakılığı mövzusunda tədbir keçirib

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »