Ermənistan İrandan zərbə PUA-ları alır – General

Ermənistan İran istehsalı olan zərbə PUA-larının alınması ilə bağlı rəsmi müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın keçmiş komandanı və İran Ali Rəhbərinin baş hərbi köməkçisi, general-mayor Yəhya Rəhim Səfəvi məlumat verib.

O qeyd edib ki, təxminən 22 ölkə İran PUA-larının alınması üçün rəsmi müraciət edib:

“Hazırda namizəd Ermənistan, Tacikistan, Serbiya, Əlcəzair, Venesuela və digər ölkələrdir”, – Səfəvi bildirib.

Comments are closed.

Tərcümə »