Erməni ordusu sərhəddə niyə “fəallaşıb”?

0

Ermənistan sərhəddə fəailiyyət göstərən AB-nin missiyasında Azərbaycanın “təcavüzkar” fəaliyyətləri barədə rəy yaratmaq istəyir.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistanın Azərbaycanla sərhəddə hərbi texnika və canlı qüvvə yığması haqda danışarkən deyib.

“Dəfələrlə ağır məğlubiyyətə məruz qalan ermənilərin Azərbaycanla sərhədə silah, texnika və canlı heyət cəmləşdirməsi işğalçı ölkənin ölkəmizə qarşı ərazi iddialarından əl çəkmədiyini nümayiş etdirir.

Lakin Ermənistan tərəfinin hansı məqsəd güddüyü bizi maraqlandırmır. Azərbaycan Ordusu hərbiçilərimizin təhlükəsizliyini təmin etmək üçün düşmənin sərhədə yaxın yerləşdirdiyi silah və texniklarını tamamilə zərərsizləşdirməlidir”, – ekspert bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »