Rusiya iki-dörd il ərzində öz hərbi potensialını bərpa edə biləcək.
Axar.az xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Hanno Pevkurun deyib.
“Az-çox ümumi konsensus ondan ibarətdir ki, Rusiyaya müharibədən əvvəl malik olduğu imkanları bərpa etmək üçün 2-4 il lazım olacaq”, – nazir bildirib..
Onun fikrincə, Ukraynada müharibə uzun sürəcək və o, Qərb müttəfiqlərini ukraynalıları bütün azad dünya naminə qalib gələnə qədər dəstəkləməyə davam etməyə çağırıb.