Cari ilin ilk 6 ayında İranın Azərbaycana ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 72 faiz artıb.
Axar.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi İran Gömrük İdarəsinə istinadən məlumat yayıb.
Məlumata əsasən, 2022-ci ilin ilk 6 ayında İranın Azərbaycana ixracı 363,2 milyon dollara çatıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 72% artım deməkdir. Ancaq eyni dövrdə İranın Azərbaycandan idxalı ötən ilə nisbətən 29% azalaraq 19,4 milyon dollar təşkil edib.