I Qarabağ müharibəsində əsir düşmüş 40 qadından hələ də xəbər yoxdur – Musayev

0

Birinci Qarabağ müharibəsindən sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistanda əsir saxlanılan 54 qadına İrəvanda baş çəksə də, onların əksəriyyəti qətlə yetirilib.

Bunu Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsinin müavini Tofiq Musayev bu gün Azərbaycana qarşı müharibə cinayətləri” adlı seminarda deyib.

O bildirib ki, bir müddət sonra həmin şəxslərdən bəziləri Azərbaycan tərəfə təhvil verilsə də, onların sağlamlığına ciddi problemlər olub. Əsir götürülən 40 nəfər qadından bu gün də xəbər yoxdur, onların meyitləri də Azərbaycana təhvil verilməyib.

Birinci Qarabağ müharibəsində Ermənistan əsir götürdüyü Azərbaycan hərbçilərini də işgəncələrlə qətlə yetirib, onların da meyitlərini təhvil verməyib. Bu gün Azərbaycan azad olunan ərazilərdə bu cür faktlar aşkarlayır. Ermənilər hərbi əsirlərin qaytarılmaması ilə Cenevrə Knvensiyasının da maddələrini pozub. Bu, beynəlxalq insan haqlarının pozulması, müharibə cinayətləridir”.

T.Musayev deyib ki, Ermənistan Azərbaycana qarşı bu cinayətləri terror siyasəti ilə həyata keçirib. Ermənistan itkin düşən şəxslərin taleyi ilə bağlı araşdırmalar aparmalı olduğu halda bunu etmir, bu istiqamətdə heç bir addıma atmır, minalanmış sahələrin dəqiq xəritəsini verməkdən imtina edir, mülki şəxsləri hədəfə almağa davam edir, insanların yurd-yuvalarına qayıtmasına mane olur. Bu da beynəlxalq hüququn pozulmasıdır”, – T.Musayev bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »