“Terrorçu və faşist Ermənistanı dəstəkləyən bir ölkə və bir xalq humanist ola bilməz”

0

Ermənistanın faşizm və terror ölkəsini isbat etmək üçün təkcə Gəncə şəhərinə düz 5 dəfə edilən raket hücumlarının nəticələrini göstərmək kifayət edər.

Bu gün 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından iki il ötür.

2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini “SCUD/Elbrus” əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub.

Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıblar. Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

Eyni zamanda çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Fransa prezidenti Emmanuel Makron və Fransa Senatının zülmə dəstək verən üzvləri isə ermənilərin bütün bu terror əməllərini görməzdən gəlir.

Fransız xalqı mədəni millət olması ilə, humanizm və demokratiya carçısı olmağı ilə öyünə bilməz. Terrorçu və faşist Ermənistanı dəstəkləyən bir ölkə və bir xalq humanist ola bilməz!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »