Su-34-ün Yeyskdə yaşayış binasına çırpılması nəticəsində zərər görən mənzillərin sakinlərinə evləri bərpa edilməsə, yeni mənzillər veriləcək.
Axar.az xəbər verir ki, bunu Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib.
“Lazım olan hər şeyi təmin etmək üçün hər kəsə maksimum yardım göstəririk. Və sonra evlərin bərpa edilib-edilməyəcəyinə baxacağıq – ya da mənzillər alıb onları yeni mənzillərə yerləşdirəcəyik”, – qubernator söyləyib.