Özünü yandıran Vətən müharibəsi iştirakçısı vəfat etdi

0

Şirvanda özünü yandıran Vətən müharibəsi iştirakçısı xəstəxanada vəfat edib.

APA xəbər verir ki, 18 sentyabrda Şirvanda yaşayan Yardımlı rayon sakini – 1990-cı il təvəllüdlü Abdıyev Elmir Pənahəli oğlu özünü yandırıb.

Üçüncü dərəcəli yanıq xəsarəti alan E. Abdıyev Bakıdakı yanıq şöbəsinə yerləşdirilib. Lakin 1 ay ərzində aldığı müalicələrə baxmayaraq, o, bu gün xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi hadisə ilə əlaqədar məlumat yaymışdı. Nazirliyin verdiyi xəbərə görə, Şirvan şəhər sakini Elvin Abdıyev müvafiq sənədləri olmadan avtomobil idarə etdiyi üçün Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, nəqliyyat vasitəsi müvəqqəti dayanacağa yerləşdirilib və sürücü barəsində protokol tərtib olunub.

Bundan sonra sürücünün qardaşı, Vətən Müharibəsi iştirakçısı Elmir Abdiyev Şirvan Şəhər Polis Şöbəsinə gələrək avtomobilin buraxılması və protokolun ləğv edilməsi barədə qanunsuz tələblər irəli sürüb.

Şöbə əməkdaşları tərəfindən onunla izahedici söhbətlər aparılıb və qanunvericiyə uyğun olaraq tədbir görüldüyü barədə məlumat verilib. Saat 20 radələrində Elmir Abdiyev şəhər ərazisində özünü yandırmağa cəhd edib.

Onun bu cəhdinin qarşısı həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınıb və şöbə əməkdaşlarının köməkliyi ilə dərhal şəhər xəstəxanasına çatdırılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »