Türkiyənin Bakıdakı səfirliyi 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə səfirliyin tviter hesabında paylaşımda edilib.
Paylaşımda deyilir: “Azərbaycanın müstəqilliyinin əbədi olmasını diləyirik. Müstəqilliyin Bərpası Günü münasibətilə bütün azərbaycanlı bacı-qardaşlarımızı ürəkdən təbrik edir, bu yolda canlarını fəda edən bütün şəhidləri ehtiramla yad edirik”.