İranlı diplomatlar qədər yalançı görməmişəm – Sabiq nazir

0

İran Rusiyaya silah və pilotsuz təyyarələr göndərdiyinə görə cəzalandırılmalıdır.

Axar.az xəbər verir ki, bunu Ukrayna XİN-in sabiq başçısı, diplomat Vladimir Oqrızko deyib.

“İran vurulan Ukrayna təyyarəsinə görə məsuliyyətdən yayınmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır. İndi onlar ukraynalıları qətlə yetirən Rusiyanı silahla təmin edirlər”, – Oqrızko bildirib.

O qeyd edib ki, İran bu silahları Rusiyaya vermədiyi ilə bağlı həyasızcasına yalan danışır:

“Ona görə də bu ölkəyə və bu rejimə inanmaq sadəcə mənasızdır. Yeri gəlmişkən, bütün diplomatik karyeramda iranlılar qədər yalançı diplomat görməmişəm. Onlar bu gün dediklərini sabah inkar edirlər”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »