Milli Məclisdə Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü ilə bağlı vətəndaşlara pul verilməsi təklif edilib.
Bununla bağlı Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli təklif səsləndirib.
Deputat təklif edib ki, hər bir vətəndaşa 100 manat məbləğində pul verilsin:
“Neft Fondunda kifayət qədər pul var. Mənə elə gəlir bu qədər pul fond üçün çox deyil. Digər bir təklifim isə Azərbaycanda doğulan uşaqlara maddi köməklə bağlıdır. Xarici ölkələrdə olduğu kimi, hər bir uşağın adına hesab açılsın və ora vəsait qoyulsun. Bir çox neft-qaz ölkələrində bu təcrübə var. 2 milyon 200 min ailə var. Hər bir ailəyə 200 dollar pul verilsin. Bu, Neft Fondu üçün böyük məbləğ deyil. Neft Fondundakı pulu xalqımız üçün xərcləmək lazımdır. Hökumətimiz xalqın gözündə nüfuzunu çox artırmış olardı. Finlandiyada ali təhsil pulsuzdur. Təklif edirəm ki, bütün dövlət ali təhsil məktəblərində təhsil pulsuz olsun. Azərbaycan öz vətəndaşlarına təhsili pulsuz versin”.