Məmmədyarov ikinci pillədə qərarlaşıb

0

Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsində növbəti görüşlərini keçirib.

Axar.az xəbər verir ki, Ş.Məmmədyarov “Aimchess Rapid” adlanan mərhələ yarışının növbəti dörd oyununda Hindistan təmsilçiləri ilə qarşılaşıb. Belə ki, günün ilk görüşündə 9-cu turda rəqibi Arjun Eriqaisi üzərində qələbə qazanan şahmatçımız sonrakı oyunda Santoş Viditlə heç-heçə edib. Növbəti turda Dommaraju Qukeşə məğlub olan Ş.Məmmədyarov günün son qarşılaşmasını qələbə ilə başa vurub.

Aktivində 23 xal olan Azərbaycan qrosmeysteri ikinci sırada qərarlaşıb.

Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı pley-offa vəsiqə qazanacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »