Mask Ukraynaya görə Pentaqondan pul tələb edir

0

İlon Maskın “SpeysX” şirkəti Pentaqona müraciət edib ki, Ukraynada döyüş bölgəsində istifadə olunan “Starlink” peyk rabitə sistemlərinin istismarı üçün maliyyəni öz üzərinə götürsün.

Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Şirkət iddia edir ki, texniki xidmət xərcləri ilin sonuna kimi 120 milyon dolları keçə, bir ildən sonra isə 400 milyon dollara yaxınlaşa bilər. “SpeysX” isə terminalların istismarını qeyri-müəyyən müddətə maliyyələşdirməyə hazır deyil”, – məlumatda deyilir.

Qeyd edək ki, müharibə başlayandan bəri “Starlink” peyk rabitə terminalları Ukrayna hərbçilərinin rabitəsi üçün mühüm element olub. Ukraynada bu cihazların sayı 20 minə yaxındır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »