Media-QHT münasibətləri yeni mərhələdə

0

AXC TV-nin “Azad meydan” verilişində bu dəfə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri, “Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyinin sədri, Rupor.az xəbər portalının baş redaktoru Ceyhun Musaoğlu və “Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyinin baş katibi, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərlinin iştirakı ilə QHT-media əməkdaşlığı müzakirə olunub.

Qeyd edək ki, Bakı Natiqlik Məktəbi” İctimai Birliyi (BNM) sentyabrın 1-dən başlayaraq, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində ayırdığı maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti və media” adlı layihənin icrasına başlayıb. Bu ay sona çatacaq layihənin hədəfi qeyri-hökumət təşkilatları ilə media resursları arasında əlaqələrin qurlulmasına mane olan səbəblərin müəyyənləşdirilməsi və aradan qaldırılması, eləcə də davamlı QHT-media işbirliyinin qurulmasına xidmət edən tədbirlərin tədbirlərin həyata keçirilməsidir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »